Bölgələrdəki mədəniyyət müəssisələri işini onlayn formada davam etdirir

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrinin karantin rejimində fəaliyyəti növbəti videokonfransda müzakirə olunub. İdarə rəisi Nazim Ağayevin sədrliyi ilə keçirilən onlayn iclasda tabe müəssisələrdə sanitar-epidemioloji qaydalara riayət edilməsi, bütün işçilərin, xüsusilə də sərt karantin rejimi elan edilmiş Xaçmaz və Siyəzən rayonlarında çalışan mədəniyyət işçilərinin müvafiq qaydalara uyğun fəaliyyət göstərməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Videokonfransda pandemiya dövründə mədəniyyət müəssisələrinin sosial şəbəkələrdə aktivliyinin artırılması, hazırlanan videoçarxların və onlayn tədbirlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Şamaxı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin Respublika Günü münasibətilə elan etdiyi “Müstəqillik” adlı şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb. Sosial şəbəkələr vasitəsilə onlayn səsvermə yolu ilə seçilən qaliblər hədiyyə və diplomla təltif olunublar. Mükafatlandırma mərasimi sanitar-epidemioloji tələblərə əməl olunmaqla gerçəkləşib.

 

Görkəmli şair, maarifçi Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibətilə İsmayıllı rayon MKS və bir sıra kənd kitabxana filialları tərəfindən videoroliklər, onlayn sərgilər hazırlanıb. Qalacıq, Kəlbənd, Qubaxəlilli, Tircan, Lahıc kənd kitabxana filiallarının hazırladıqları materiallar sosial şəbəkələr vasitəsilə oxuculara çatdırılıb.

 

İsmayıllı rayon MKS-nin əməkdaşları arasında koronavirus infeksiyasının fəsadları ilə bağlı maarifləndirici söhbət aparılıb. Videokonfrans formatında keçirilən görüşdə MKS-nin direktoru Könül Baxışova və Metodikabiblioqrafiya şöbəsinin müdiri Nərgiz Əbilova çıxış ediblər.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Sincan kənd kitabxanasında “Açıq kitabxana günükeçirilib. Kitabxananın həyətində təşkil edilmiş sərgidə kitabxanaya daxil olan yeni ədəbiyyatlar, gənclərin marağına səbəb ola biləcək kitab və müxtəlif nəşr nümunələri nümayiş olunub. Eyni zamanda kitabxanaçılar tərəfindən sərgidə iştirak edən kənd sakinlərinə istəklərinə uyğun kitablar təqdim edilib.

 

Oğuz MKS-nin Filfilli kənd kitabxanasının müdiri Tovuz Verdiyevanın təşkilatçılığı ilə kənddə yerləşən tibb məntəqəsinin əməkdaşlarına səyyar kitabxana xidməti göstərilib. Xidmət zamanı səhiyyə işçilərinə böyük şair Seyid Əzim ŞirvaniXalq yazıçısı Sabir Əhmədlinin əsərlərinin yer aldığı kitablar təqdim olunub. Səhiyyə işçiləri kitabxanaçılara təşəkkürlərini bildiriblər.

 

Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə videokonfrans keçirilib. Mərkəzin və kənd filialları rəhbərlərinin iştirak etdiyi onlayn görüşdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın sədrliyi ilə keçirilmiş konfransda səslənmiş məsələlər: əmək intizamına ciddi riayət olunması, müəssisələrdə sanitar-dezinfeksiya işlərinin aparılması, qoruyucu vasitələrdən mütəmadi istifadə edilməsi diqqətə çatdırılıb.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Tovuz rayon MKS tərəfindən “Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı” mövzusunda onlayn tədbir keçirilib. MKS-nin direktoru Güldərən İbrahimova qeyd edib ki, XIX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan Seyid Əzim Şirvani həm ədəbiyyat tariximizdə realist şair, həm də maarif və mədəniyyət xadimi kimi tanınıb. Kitabxananın fəal oxucuları O.Tağıyeva, A.Aslanova, Ə.Məsiyeva və A.Abbasov ədibin qəzəllərindən nümunələr səsləndiriblər.

 

Ağstafa rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Könüllülər ili” ilə bağlı videokonfrans keçirilib. MKS-nin direktoru Solmaz Nağıyeva 2020-ci ilin ölkəmizdə “Könüllülər ilielan olunmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatıdır. Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və MKS-nin işçiləri mövzu ətrafında çıxış ediblər. Koronavirus pandemiyası dövründə Ağstafa Regional Mədəniyyət İdarəsinin könüllülərinin fəaliyyətindən söz açılıb.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində bu mədəniyyət ocağının könüllülərinin iştirakı ilə tədbir keçirilib. Direktor Məhsəti Musa Heydər Əliyev Mərkəzinin baş fond mühafizi vəzifəsi üzrə könüllü Ayşən Abdullayeva, bələdçi vəzifəsi üzrə könüllü Günel Quliyeva ulu öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Musiqi məktəbinin direktoru Qəzənfər Xabarovun iştirakı ilə keçirilən videokonfransda 2019/2020-ci tədris ilində görülmüş işlərdən, məktəbin nailiyyətlərindən, mövcud problemlərdən bəhs edilib. Həmçinin istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlar verilib.

 

Tərtər rayon MKS-nin İrəvanlı kənd kitabxana filialının əməkdaşı tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalarasanitar-epidemioloji tələblərə uyğun şəkildə səyyar kitabxana xidməti təşkil edilib. Xidmət zamanı müxtəlif başlıqlar altında kitablar oxuculara təqdim olunub. Oxucular xidmətdən razılıqlarını bildiriblər.

 

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin videokonfransında isə iyun ayı ərzində görülmüş işlərdən və iyul ayı üçün nəzərdə tutulan layihələrdən söz açılıb. Mərkəzin direktoru Tutu Xanlarova regional idarənin rəisinin tapşırıqlarını müəssisə rəhbərlərinin diqqətinə çatdırıb, sərtləşdirilmiş karantin rejiminə əməl edilməsi, sanitar-gigiyena qaydalarının diqqətdə saxlanılması, müəssisələrin fəaliyyətinin onlayn şəkildə davam etdirilməsi və aylıq planı üzrə tədbirlərin videoçarxlar vasitəsilə işıqlandırılması ilə bağlı çıxış edib.

 

Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Alpout kənd Mədəniyyət evinin  direktoru Məxmər Əhmədova mərkəzin işçiləri ilə birgə videokonfrans keçirib. Konfransda sərtləşdirilmiş karantin rejiminə ciddi əməl edilməsi, mövcud vəziyyətdə fəaliyyətin onlayn şəkildə davam etdirilməsi və aylıq planı üzrə tədbirlərin videoçarxlar vasitəsilə işıqlandırılması ilə bağlı məsələlər müzakirə olunub. 22 iyulMilli Mətbuat Günü münasibətilə videoçarx və slaydların hazırlanması ilə bağlı tapşırıqlar verilib.

 

***

 

Astara Rayon Gənclər və İdman İdarəsi və Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Uğurun formulu könüllülükdürmövzusunda regional videokonfrans keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova və rayon Gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov çıxışlarında ulu öndər Heydər Əliyevin gənclərlə görüşlərindən, ölkəmizdə “Könüllülər ili” çərçivəsində görülən işlərdən, könüllülərə olan diqqət və qayğıdan, onların dövlət müəssisələrində işə cəlb olunmasından, respublikamızın ictimai-siyasi həyatında oynadığı roldan danışıblar.

 

Astara şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova, Lənkəran Karyeraİnkişaf Mərkəzinin rəhbəri Famil Məmmədov və başqalarının çıxışları dinlənilib.

 

Nurəddin MƏMMƏDLİ

 

 

Mədəniyyət.- 2020.- 15 iyul.- S.3.