Nəriman Nərimanovelektron layihəsi istifadəyə verilib

   

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli yazıçı, maarifçi, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə hazırlanan elektron layihə istifadəyə verilib.

 

Prezident Kitabxanası əməkdaşlarının Azərbaycan rus dillərində hazırladıqları elektron layihə Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının 2020-ci il 14 fevral tarixli sərəncamına əsasən, müvafiq tədbirlər planı çərçivəsində ərsəyə gətirilib.

 

Nəriman Nərimanovadlı toplu yeddi bölmədən ibarətdir.

 

LayihəninBioqrafiyaadlanan birinci bölməsində Nərimanovun pedaqoq, həkim, yazıçı, dramaturq, publisist, maarifçi dövlət xadimi kimi ömür yolu işıqlandırılır.

 

Xronologiyabölməsində Nərimanovun həyat fəaliyyətinin, onun ailə üzvlərinin, xüsusilə oğlu Nəcəf Nərimanovun həyatının mühüm məqamları əks etdirilir. Bölmədə, həmçinin Nərimanovun adının əbədiləşdirilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər diqqətə çatdırılır.

 

Növbəti bölmədə Nərimanovun adını daşıyan müəssisələr, yaşayış məntəqələri, küçə və meydanlar, mədəniyyət ocaqları, habelə Nərimanovun abidələri, xatirə muzeyləri, haqqında çəkilən filmlər, yubileylərinin keçirilməsinə dair sərəncamlar haqqında məlumatlar təqdim edilir.

 

Elektron layihənin “E-kitablar” bölməsində Azərbaycan, rustürk dillərində Nəriman Nərimanovun öz əsərlərinin və haqqında yazılan kitabların elektron versiyaları yerləşdirilib. 50-yə yaxın kitabın elektron versiyasının yer aldığı bölmə tədqiqatçılar üçün də əlçatan bir bazadır.

 

Biblioqrafiya” adlı bölmədə Nərimanovun Prezident Kitabxanasının fonduna daxil olan Azərbaycan və rus dillərində əsərlərinin  biblioqrafik təsviri, həmçinin onun həyat və fəaliyyətindən bəhs edən Azərbaycan, rus, ingilis və digər dillərdə 120-yə yaxın kitabın biblioqrafik təsvirləri, Azərbaycan və rus dillərində 350-yə yaxın, rus dilində isə 40-a yaxın məqalənin biblioqrafik təsviri verilir.

 

Elektron layihənin “Fotoalbom” adlı sonuncu bölməsində Nəriman Nərimanovun və onun ailə üzvlərinin müxtəlif zamanlarda çəkilmiş fotoları, şəxsi sənədlərinin fotosurətləri, abidələrinin və ev-muzeylərindəki eksponatların fotoları xronoloji ardıcıllıqla yerləşdirilib.

 

Elektron layihə http://narimannarimanov.preslib.az linkində yerləşdirilib və müntəzəm yenilənəcək.

 

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.4.