Kitabxanaşünas alimə həsr edilmiş virtual sərgi

 

 

İyulun 1-də tanınmış kitabxanaşünas alim, Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılovun 75 yaşı tamam olub.

 

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən alimin həyat fəaliyyətindən  bəhs edən virtual sərgi təqdim olunub.

 

Sərgidə alimin fəaliyyətini əks etdirən fotolar, elmi məqalələri, kitabları, elmi redaktoru olduğu haqqında yazılmış kitabların elektron versiyaları yer alıb.

 

Virtual sərgidə tammətnli resurslar da yerləşdirilib.

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.3.