Maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı

 

 

Prezident İlham Əliyev 22 iyulMilli Mətbuat Günü münasibətilə paylaşım edib. Dövlət başçısının rəsmi “Facebook” səhifəsindəki paylaşımda deyilir: “Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb”.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da Milli Mətbuat Günü münasibətilə paylaşım edib. Mehriban Əliyevanın rəsmi “İnstagram” hesabındakı paylaşımında bildirilir: “Hörmətli KİV nümayəndələri! Əziz dostlar! Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!”.

 

 

Mədəniyyət.- 2020.- 24 iyul.- S.2.