Kinomuzun Ulduzu dünyasını dəyişib

 

 

Azərbaycan kinosunda yaddaqalan obrazlar yaratmış aktrisapianoçu Tamilla Rüstəmova 84 yaşında dünyasını dəyişib.

 

Tamilla Rüstəmova 1936-cı ildə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Səid Rüstəmovun ailəsində dünyaya göz açıb. Moskvada Qnesinlər  adına Dövlət Musiqi Pedaqoji İnstitutunun (1992-ci ildə Rusiya Musiqi Akademiyası) fortepiano ixtisası üzrə bitirib. İnstitutda tələbə yoldaşı olmuş vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya (Latviya) köçmüşdü.

 

60-cı illərdə Tamilla Rüstəmova “Azərbaycanfilm” kinostudiyasında bir neçə filmə çəkilərək geniş tamaşaçı rəğbəti qazanır. İlk dəfə 1962-ci ildə “Böyük dayaq” filmində Maya obrazını yaradır. SonraUlduz” (1964) filmində baş rolu oynayır. Bundan əlavə, “Zirvə” (1964) və “Axırıncı aşırım” (1971) filmlərində çəkilib. 

 

Son illər Moskvada yaşayırdı.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2020.- 24 iyul.- S.4.