Çölçüfilminin yeni mükafatları

 

 

Rejissor Şamil Əliyevin “Çölçüfilmi Avstraliya, NepalHindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə doqquz mükafata layiq görülüb.

 

ÇölçüfilmiOld Monk İnternational Film Festivalda (fevral-may 2020, NepalKatmandu) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işissenari), “Sand Dance International Film Festivalda (yanvar-may 2020, HindistanRacastan) 4 dörd kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi, operatormusiqi) mükafat qazanıb.

 

Həmçinin, “Wonderland International Film Festival” (yanvar-iyun 2020, Avstraliya–Sidney) “Monthly Online İnternational Film Festival” (iyun 2020, Hindistan) “Çölçü”nü ən yaxşı bədii film kimi mükafatlandırıb.

 

Çölçü” 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyevdir. Film indiyədək 50-dən artıq müxtəlif mükafata layiq görülüb.

 

Mədəniyyət.-2020.-  1 iyul.- S.8.