“+5C” adlı yeni virtual layihə

 

 

Azərbaycan Dövlət Rəsm Qalereyası iyulun 8-də “+5C” adlı yeni virtual layihəyə start verib.

 

Qalereyadan bildirilib ki, layihə sənətsevərlərə xüsusi karantin rejimi sosial izolyasiya şəraitində Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm hədiyyə qazanmaq imkanı yaradır.

 

Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasınınİnstagram” (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulmaq mümkündür. Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsappnömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

 

Mədəniyyət.- 2020.- 9 iyul.- S.3