“İncəsənət və müasirlik

 

 

Şota Rustaveli adına Gürcüstan TeatrKino Universitetinin təşkilatçılığı ilə “İncəsənət və müasirlikmövzusunda İncəsənət tədqiqatçılarının XIII Beynəlxalq elmi konfransı keçirilib. Tbilisidə keçirilməsi planlaşdırılan konfrans COVİD-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə “Google Hangout Meet” platforması üzərindən təşkil edilib.

 

Bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) məlumat verilib. Gürcüstan, Almaniya, Polşa, Litva, Bolqarıstan, Rumıniya, Qazaxıstan, UkraynaBelarusdan teatr mütəxəssislərinin qatıldığı elmi konfransa ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov da iştirak edib. Azərbaycanlı teatrşünasın “XX əsrin teatrı. Teatrdan qeyri-teatra doğrumövzusunda məruzəsi maraqla qarşılanıb.

 

Onlayn konfrans A.Kutateladze adına Tbilisi Dövlət İncəsənət Akademiyası və V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının dəstəyi ilə gerçəkləşib.

 

 

Mədəniyyət.- 2020.- 17 iyul.- S.5.