Teatr xadimi Cəbrayıl İsrafilov vəfat edib

 

 

Yuğ Dövlət  Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilov 69 yaşında vəfat edib.

 

Cəbrayıl İsrafilov 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Cəbrayıl İsrafilov Lənkəran teatrının səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

 

1991-2007-ci illərdə Yuğ Teatrının direktoru vəzifəsində çalışıb.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2020.- 22 iyul.- S.5.