Virtual sərgilər

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı və Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycanın gözəl diyarı olan Şuşa haqqında “Şuşadan xatirələr” adlı videoçarxvirtual sərgi hazırlayıb.

 

Videomateriallar kitabxanaların sosial media hesablarında paylaşılıb.

 

***

 

İyulun 22-də yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun 60 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları yazıçının yaradıcılığına dair virtual sərgi hazırlayıblar.

 

Sərgidə yazıçının fəaliyyətinə dair rəsmi sənədlər, fotolar, Azərbaycan, türk, ingilis dillərində nəşr olunan kitabları, həmçinin məsləhətçi, müəllifi olduğu, haqqında yazılan kitab və məqalələr təqdim edilir.

 

Mədəniyyət.- 2020.- 22 iyul.- S.5.