Toğrul Nərimanbəyovun xatirəsi anılıb

 

 

Azərbaycan Dövlət Rəsm Qalereyası koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tədbirlərini onlayn formatda davam etdirir.

 

İyunun 2-də milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və  SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun (1930- 2013) vəfatının 7-ci ildönümündə qalereyanın “İnstagram” hesabında canlı yayım təşkil olunub. Sənətkarın əziz xatirəsini yad etmək məqsədilə keçirilən onlayn tədbirə Toğrul Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova da qatılıb.

 

Mədəniyyət.- 2020.- 3 iyun.- S.1;2.