Muzey eksponatının hekayəsini sən danış”

 

Müsabiqə iştirakçıları pulsuz ziyarətçi bileti qazanacaq

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi aprel ayında “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqə elan etmişdi. Müsabiqənin təşkilində əsas məqsəd koronavirus ilə bağlı tətbiq edilən karantin rejimi günlərində insanların muzey ekspozisiyalarına və ümumilikdə mədəni irsə marağını təşviq etməkdir.

 

Müsabiqədə iştirak üçün museum.az  portalında müvafiq linkdə təqdim olunan muzey eksponatlarından birini seçməklə ona həsr olunmuş qısa hekayə yazıb sosial şəbəkədə paylaşmaq  lazımdır.

 

 Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri aşağıdakı kateqoriyalar üzrə elan olunacaq:

 

- Ən yaxşı hekayə.

 

- Ən yaxşı məktəbli hekayəsi.

 

- Ən yaxşı xarici dildə yazılan hekayə.

 

- Qran pri mükafatı.

 

Bundan əlavə, müsabiqənin bütün iştirakçılarına Mədəniyyət Nazirliyinin diplomu və Azərbaycan Milli İncəsənət Muzeyinə və Azərbaycan Milli Xalça Muzeyinə ödənişsiz giriş üçün biletlər təqdim olunacaq.

 

Məlumat üçün qeyd edək ki, may ayında ilk mərhələsi tamamlanan müsabiqə davam etdiriləcək. Yaxın zamanlarda seçim üçün yeni eksponatların siyahısı təqdim ediləcək.

 

Müsabiqəyə qoşulan hər bir iştirakçıya öz təşəkkürümüzü bildirir və hamıya uğurlar arzulayırıq.

 

 

Mədəniyyət.- 2020.- 3 iyun.- S.4.