Gənc ifaçılar beynəlxalq müsabiqədə uğur qazanıblar

 

 

29-31 may tarixində Barselona şəhərində keçirilən rus klassik musiqisi üzrə “Rus alboradası” V Beynəlxalq gənc ifaçılar müsabiqəsində ölkəmiz də təmsil olunub.

 

Barselonadakı Rus-Katalon Mədəniyyət Mərkəzinin təşkil etdiyi ənənəvi “Rus alboradası” (alborada (ispanca “səhər şəfəqi”) – vokal-instrumental musiqi janrı) müsabiqəsi  bu il onlayn keçirilib.

 

Fortepiano nominasiyası üzrə münsif heyətinin tərkibində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor, Əməkdar müəllim Nərminə Quliyeva da yer alıb. Müsabiqə çərçivəsində N.Quliyeva gənc ifaçılara ustad dərsi də keçib.

 

Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqəyə qatılan ifaçılarımız uğur qazanıblar.

 

Fortepiano-solo nominasiyasında fərqlənənlər: Leyla Zeynalova (Qran-pri), Səbinə Eldarlı (I yer), Nərgiz Əliyeva (I yer), Nigar Heydərli (I yer), Fatimə Əliyeva (I yer), Aygül Rzazadə (II yer), Nüşabə Hacıyeva (II yer), Fidan Tağıyeva (II yer), Fidan Yunus (II yer).

 

İnstrumental ifaçılar nominasiyası: Məhəmmədəli Paşazadə (klarnet, I yer), Səid  Bağırzadə (klarnet, I yer), Zakir Allahverdili (qoboy, Qran-pri), Hüseynzadə Nərgiz  (skripka, diplom).

 

Vokal-solo nominasiyası: Əli Muradov (II yer), Adelin Öztürk (III yer).

 

İnstrumental ansamblı nominasiyası: Raimə Əhmədova Ülkər Musayeva (diplom). Vokal ansamblı xorlar nominasiyası: Bakı Musiqi Akademiyasının vokal-xor ansamblı (II yer).

 

Mədəniyyət.- 2020.- 5 iyun.- S.4.