Azərbaycan xalqının tarixindən bəhs edən kitab Moskvada nəşr olunub

 

 

Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Aydın Balayevin kitabı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü ərəfəsində “Flinta” nəşriyyatında işıq üzü görüb.

 

Monoqrafiyada Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlıların əsrlər boyu bu torpaqlarda yaşaması, Azərbaycan etnosunun formalaşması, XIX-XX əsrlərdə azərbaycanlıların həyatında baş verən mədəni-iqtisadi dəyişikliklər və digər mövzulara toxunulub.

 

Mədəniyyət.- 2020.- 5 iyun.- S.4.