İllərin söz çələngi

 

 

Lənkəranda yazıb-yaradan, sözün sehrinə tapınmaqla onu oxucu zövqünə yaraşdıran dəyərli qələm əhli İltifat Əhmədov uzun illərdir  jurnalistlik fəaliyyəti ilə məşğul olur.  Qələmə aldığı hər bir yazısı xalqına, vətəninə məhəbbətindən irəli gəlir.

 

İ.Əhmədovun “İllərin söz çələngi” kitabı işıq üzü görüb. Kitab Lənkəranın tarixindən, iqtisadi, siyasi, sosial-mədəni həyatından, görkəmli şəxsiyyətlərdən bəhs edir. Kitaba müəllifin illər ərzində qələmə aldığı oçerklər, publisist yazıları daxildir. Kitab mövzu rəngarəngliyi, eləcə də şirin, sadə dildə yazıldığı üçün oxucunu daha çox özünə çəkir.

 

Zəfər ORUCOĞLU

 

Mədəniyyət.- 2020.- 5 iyun.- S.7.