On yeddi göyərçin”

 

 

Şair, publisist, folklorşünas, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu (Məmmədov) “On yeddi göyərçin” adlı yeni kitabı ilə oxucuların görüşünə gəlib.

 

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin dəstəyi ilə “Əcəmi” nəşriyyatında işıq üzü görən kitabın redaktoru şair, publisist Qafar Qərib, üz qabığındakı rəsmin müəllifi rəssam Fizzə Quliyevadır.

 

Kitabda müəllifin son illərdə qələmə aldığı və uşaqlara həsr olunmuş poeziya nümunələri ilə yanaşı, uşaq vaxtlarında qələmə aldığı şeirləri, həmçinin yeddi nağılı yer alıb.

 

Mədəniyyət.- 2020.- 10 iyun.- S.5.