Kitabxana-informasiya fəaliyyətində innovasiyalaryeni çağırışlar

 

 

Respublika virtual elmi konfransı keçirilib

 

İyunun 9-da Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuşKitabxana-informasiya fəaliyyətində innovasiyalaryeni əsrin çağırışları” mövzusunda respublika virtual elmi konfransı keçirilib. Konfransda M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası da təmsil olunub.

 

Kitabxanadan bildirilib ki, virtual elmi konfransı giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev açıb. Ümummilli lider Heydər Əliyevin kitabxana quruculuğu sahəsində fəaliyyətindən bəhs edən rektor bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən kitabxana işinə göstərilən diqqət və qayğıdan danışıb.

 

Virtual elmi konfransda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov, professor Şahlar Əsgərov, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli, BDU-nun Nəşriyyat işi və redaktə kafedrasının müdiri, dosent Knyaz Aslan, BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov və digərlərinin mövzu üzrə məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2020.- 10 iyun.- S.2.