“Birgə mütaliə” adlı vebinar

 

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elektron mədəni konsaltinq layihələri çərçivəsində “Birgə mütaliə” adlı vebinar təşkil olunub. Mərkəzin əməkdaşları və gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilən vebinarda Joze SaramaqonunKorluq” əsəri müzakirə olunub.

 

Mərkəzin əməkdaşı Rəfiqə Nəsirova kitab haqqında məlumat verib. Kitab bir şəhərdə baş verən yoluxucu xəstəlikdən bəhs edir. Xəstəlik şəhərin bütün sakinlərini görmə qabiliyyətindən məhrum edir. Nəticədə onları müəyyən bir saya qədər xəstəxanaya yığırlar. Şəhərdə bir nəfər belə görən insan qalmır. Amma bu, adi korluq deyildi. Çünki insanların gözü qarşısında süd kimi bir görüntü vardı. Əsərin sonuna doğru epidemiya bitir, insanların gözü açılır. Mövzunun ana xətti insanların daxili aləmində baş qaldıran korluqdur. Xəstəlik hər kəsin əsl simasını göz önünə qoyur. Əsərdə əslində cəmiyyətdə mövcud olan səmimiyyətin nisbi xarakter daşıdığı göstərilir.

 

Vebinarda iştirakçılar tərəfindən əsər haqqında fikirlər səsləndirilib.

 

Sonda çıxış edən MEMİM-in direktoru Asif Usubəliyev diqqətə çatdırıb ki, mütəmadi şəkildə təşkil olunacaq “Birgə mütaliə” layihəsində istənilən vətəndaş müzakirələrdə iştirak edə bilər.

 

Mədəniyyət.- 2020.- 10 iyun.- S.7.