Balabanı dünyaya daha da tanıtmaq arzusundadır

 

 

Gənc balabançı Amin Əliyevin ifasında etdiyi improvizələr, sənət dünyasında atdığı ilk addımlar təkcə dinləyicilər deyil, musiqiçilər arasında da rəğbətlə qarşılanır.

 

Amin Əliyev əvvəlcə Hüseynqulu Sarabski adına 7 saylı Musiqi məktəbinin fortepiano sinfinə daxil olsa da, sonradan balaban ifaçılığını öyrənməyə qərar verib. Muğamları yaxşı ifa etdiyinə görə məktəbin direktoru ona balaban alətini seçməyi tövsiyə edib. Bu seçim ona uğur gətirib. Sonra təhsilini paytaxtdakı  Georgi Şaroyev adına 35 saylı onbirillik Musiqi məktəbində davam etdirib. Balabanın sirlərini ona müəllimi Emil Kərimli öyrədib.

 

Sənətdə uğurlarından danışan Amin Əliyev deyir: “Məşhur ifaçıları dinlədikdən sonra cazblüz janrlarını öyrənməyə həvəsim yarandı və tədricən ifalarımda milli musiqi nömrələrini həmin janrlarla sintez etməyə başladım. Muğamı, xüsusilə “Segah” və “Bayatı-Şiraz”ı sevsəm də, daha çox blüz ifadə edirəm. “Youtubeda musiqi nümunələrinə qulaq asarkən özümü mahnı bəstələməkdə də sınamaq istədim. Blüzmuğam arasında bir yaxınlıq, uyarlıq hiss etmişdim. Sonradan gördüm ki, bu janrlar bir-birini çox gözəl tamamlayır”.

 

İlk dəfə 7 saylı məktəbdə oxuyarkən Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edilən konsertdə çıxış edən Amin simfonik orkestrin müşayiəti ilə “Kor ərəbin mahnısı”nı ifa edib. Sonralar Üzeyir Hacıbəyli adına Dövlət Simfonik OrkestriQara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə bir çox çıxışları olub. Bülbülün 120 illiyinə həsr olunmuş milli musiqi alətləri ifaçılarının 3-cü müsabiqəsində III yerə çıxıb. Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının 4-cü Respublika müsabiqəsində isə 1-ci dərəcəli diploma layiq görülüb.

 

Gənc balaban ifaçısı özünün bəstələrindən ibarət musiqi albomu buraxmaq arzusundadır:  Milli musiqi alətimizdə muğam və aşıq musiqiləri ilə blüz və cazın sintezi çox maraqlı alınır. Ümid edirəm ki, uğurlu sintezlər vasitəsilə milli alətimiz olan balabanı dünyaya daha da tanıda biləcəyəm”.

 

Mədəniyyət.- 2020.- 12 iyun.- S.5.