Mir Cəlalın hekayəsi ispan dilində

 

 

KolumbiyanınFacebooksosial şəbəkəsindəki “De la literatura” (“Ədəbiyyat haqqında”) səhifəsi görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın ispan dilinə tərcümə olunmuşİki ananın bir oğluhekayəsini yayımlayıb.

 

Hekayə Azərbaycan Dövlət Tərcümə MərkəzininAzərbaycan ədəbiyyatı virtual aləmdəlayihəsi çərçivəsində dərc olunub. Tərcümə Mərkəzindən bildirilib ki, hekayə yazıçının həyat yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.

 

Xatırladaq ki, bir qədər əvvəl VenesuelanınPapel Literarioqəzeti Dövlət Tərcümə Mərkəzinin layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırmışdı.

 

Mədəniyyət.- 2020.- 12 iyun.- S.8.