Qarabağ mövzusunda “Başdaşı”

 

 

Yazıçı-publisist Səyyad Aranın yeni nəşr olunan “Başdaşı” adlı kitabı Qarabağ mövzusundadır.

 

Səyyad Aran çağdaş Azərbaycan nəsrində bu mövzuya ən çox yer verən müəlliflərdən biridir. “Başdaşı” əsərində Qarabağ müharibəsinin Azərbaycan xalqının başına gətirdiyi faciələr, işğal olunmuş torpaqlarımız, əsir düşmüş insanlarımızın taleyi, bütün bunların cəmiyyətin həyatına təsiri, vurduğu yaralar və digər məsələlər əksini tapıb.

 

Kitabın redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.

 

Mədəniyyət.- 2020.- 12 iyun.- S.7.