Ordum varsa, yurdum var!”

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası və paytaxtın Xətai rayonunun Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuşOrdum varsa, yurdum var!” adlı onlayn görüş keçirilib.

 

Görüşdə xalqımızın hərb tarixindən, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun qurulmasından söz açılıb, görkəmli sərkərdələrimiz yad edilib.

 

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında müasir Azərbaycan dövlətinin Silahlı Qüvvələrinin yaranmasından, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən, ordumuzun qüdrətindən danışıb.

 

Onlayn görüş çərçivəsində məktəbin 7-8-ci sinif şagirdlərinin ifasında Məhəmməd Hadinin, Qabilin, Zəlimxan Yaqubun, Nəriman Həsənzadənin, Süleyman Rüstəmin vətənpərvərlik ruhunda şeirləri səslənib, musiqi nömrələri ifa olunub, videoçarx nümayiş etdirilib.

Mədəniyyət.- 2020.- 19 iyun.- S.2.