Tanınmış fotojurnalist Fərman Bağırov vəfat edib

 

 

Əməkdar mədəniyyət işçisi, tanınmış fotojurnalist Fərman Bağırov iyunun 15-də, 84 yaşında vəfat edib.

 

F.Bağırov 1936-cı ildə Bakıda anadan olub. Əmək fəaliyyətinəKommunistqəzetində başlayıb, sonra fəaliyyətiniAzərbaycanqəzetində davam etdirib. 2020-ci ilədək bu qəzetdə çalışıb, Foto-illüstrasiya şöbəsinin müdiri olub. Qocaman fotojurnalist bu sənətin sirlərini gənc əməkdaşlara da həvəslə öyrədib.

 

Jurnalistikada xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına, respublikanınƏməkdar mədəniyyət işçisifəxri adına layiq görülüb. Bir çox sərgi müsabiqələrdə iştirak edərək diplom fəxri fərmanlar alıb. 2005-ci ildəTərəqqimedalı  ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2020.- 19 iyun.- S.6.