“Gələcəyimizi birlikdə düşünək...”

   

 

M.F.Axundzadə adına Milli Kitabxana “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək” adlı elektron məlumat bazasını virtual olaraq təqdim edib.

 

Kitabxanadan bildirilib ki, 26 iyunNarkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə hazırlanan məlumat bazası rəsmi sənədlər, beynəlxalq konvensiyalar, kitablar, məqalələr toplusu, nəşrlərin fotoqalereyası, videoqalereya və faydalı linklər bölmələrindən ibarətdir. Elektron məlumat bazasında təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

 

Məlumat bazası ilə http://anl.az/el/emb/Narkomaniya/index.htm linkində tanış olmaq olar.

 

Mədəniyyət.- 2020.- 26 iyun .- S.4.