Yerlərdəki mədəniyyət müəssisələrindən xəbərlər

 

Koronavirus infeksiyası və xüsusi karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyinin regional idarələrinin əhatə etdiyi müəssisələri işini əsasən onlayn formada davam etdirir. İyunun 21-dən bir sıra şəhər və rayonlarda karantin rejiminin sərtləşdirilməsi səbəbindən bir müddət öncə normal fəaliyyətinə icazə verilən muzeyqalereyalar da yenidən virtual fəaliyyətə keçiblər.

 

Sumqayıt Dövlət Rəsm Qalereyası 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunmuş “Vətənimin keşiyində” adlı virtual rəsm müsabiqəsi elan edib. Layihənin əsas məqsədi gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, istedadı və yaradıcılıq qabiliyyəti olan uşaqları üzə çıxarmaq və onlara vətənpərvərlik hissini aşılamaqdır.

 

Müsabiqəyə Sumqayıt şəhərində fəaliyyət göstərən uşaq incəsənət məktəblərinin və rəsm dərnəklərinin şagirdləri qatılır. Hər məktəb 5 şagirdinin müsabiqədə iştirakını təmin edə bilər. Şagirdlər haqqında zəruri məlumatlar Sumqayıt Dövlət Rəsm Qalereyasının “Facebook” səhifəsinin mesaj bölməsinə göndərilir. Müsabiqə iki yaş qrupunda (7-12, 13-17) keçirilir.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsinin müəssisələri  “Mədəniyyətimizi yaşadaq”, “Mədəniyyət birlikdironlayn layihələri çərçivəsində təqdimatları davam etdirir.

 

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının İsi Məlikzadənin “Hərənin öz ulduzu  komediyası əsasında hazırladığı (quruluş – Àğàəli Cəlilov və İdris İdrisov) tamaşa virtual şəkildə təqdim olunub. Tamaşada Jalə Abdullayeva, Natiq Məmmədov, Günel Vahabova, Şahmar Əsədov, Cavidan Əlizadə, Aytən Xəlilzadə iştirak ediblər.

 

Regional idarənin tabeliyindəki Oğuz rayon Qumlaq kənd kitabxanası “Ordum varsa, yurdum varmövzusunda tədbir keçirib. Kitabxananın müdiri Ruziyə Ağababayeva Silahlı Qüvvələr Günü haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hərb Nazirliyi təsis olunub, ilk hərbi parad keçirilib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun (1918) Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib və hər il rəsmi dövlət bayramı kimi qeyd olunur.

 

Məktəblilər orduya, vətənə həsr olunmuş şeirlər söyləyiblər.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Silahlı Qüvvələr Günü ilə əlaqədar “Azərbaycan Ordusu dünyanın ən güclü və qüdrətli ordularındandır” mövzusunda onlayn konfrans keçirib. Eyni zamandaOrdum varsa, yurdum var” adlı sərgi təqdim edilib.

 

Kitabxananın əməkdaşları və oxucuların qatıldığı konfransda MKS-nin direktoru Solmaz Babanlı çıxış edib. Qeyd edib ki, güvən yerimiz, qürur mənbəyimiz olan ordumuz işğal altındakı torpaqlarımızı azad etməyə həmişə hazırdır. Oxuculara xidmət şöbəsinin müdiri Bəsti Məmmədova ordumuzun yaranma tarixi haqqında ətraflı məlumat verib. Mərkəzi kitabxananın Uşaq şöbəsinin oxucuları vətənpərvərliyə, orduya, qəhrəmanlığa aid şeirlər söyləyib, mahnılar oxuyublar.

 

***

 

Ombudsmanın Gəncə Regional Mərkəzi və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 iyunMilli İnsan Hüquqları Gününə həsr edilmiş videokonfrans keçirilib. Tədbirə Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağstafa, Tərtər və Ucar rayon Heydər Əliyev mərkəzlərinin  nümayəndələri qatılıb.

 

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov əlamətdar gün münasibətilə Ombudsman Səbinə Əliyevanın təbriklərini çatdırıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilikinstitusional islahatlar həyata keçirilib.

 

Tədbir iştirakçıları da mövzuya dair fikirlərini bildirib, hüquqi maarifləndirmə işinin genişləndirilməsi üçün təkliflər irəli sürüblər.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsinin onlayn müşavirəsi keçirilib. Müşavirəyə idarənin şəhər və rayonlar üzrə nümayəndələri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları qatılıb.

 

İdarənin rəisi İlyas Hacıyev mədəniyyət müəssisələrində karantin dövründə görülmüş işlərdən, daxil olan məktubların vaxtında icra olunması, uşaq musiqi və incəsənət məktəblərində tədris ilinin sona çatması ilə əlaqədar sənədləşmə işlərinin aparılması, tabe müəssisələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi ilə bağlı tapşırıqlar verib. Sonra müşavirə iştirakçılarının hesabatları dinlənilib.

 

Regional idarənin tabeliyində olan Tərtər rayon MKS-nin Qarağacı kənd kitabxana filialı tərəfindən səyyar kitabxana xidməti təşkil edilib. Kənd sakinlərinin kitaba və mütaliəyə olan marağını artırmaq məqsədilə təşkil edilən səyyar xidmət zamanı müxtəlif mövzularda kitablar oxuculara çatdırılıb.

 

Nurəddin MƏMMƏDLİ

 

 

Mədəniyyət.- 2020.- 24 iyun.- S.4.