İsa Hüseynovun “Saz”ı Qırğızıstanın ədəbiyyat portalında

 

 

Qırğızıstanın Literatura.kg ədəbiyyat portalında Azərbaycanın Xalq yazıçısı İsa Hüseynovun rus dilinə tərcümə olunmuşSaz” hekayəsi dərc olunub. Hekayə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində portalda yayımlanıb.

 

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, portalın “Yaxın xarici ölkələrdə ədəbiyyat – Azərbaycan” adlı bölməsində əsərlə bərabər İsa Hüseynovun yaradıcılığı haqqında məlumat da verilib.

 

Qeyd edək ki, Literatura.kg portalının “Yaxın xarici ölkələrdə ədəbiyyat” bölməsi mütəmadi olaraq postsovet respublikalarının ədəbiyyatlarına yer ayırır.

 

 

Mədəniyyət.- 2020.- 10 iyun.- S.8.