Gənc rəssamın ilk fərdi sərgisi

 

Martın 3-dən 5-dək “Artis Saloonda gənc rəssam Mənsumə Ələkbərin “İnspiration” adlı ilk fərdi rəsm sərgisi keçirilib. Sərgidə rəssamın 50-dək əsəri nümayiş olunub.

 

Sərginin açılışında aparıcı Ceyhun Əli çıxış edərək rəssam haqqında məlumat verib. Bildirib ki, 1993-cü ildə anadan olan M.Ələkbər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını rəngkarlıq ixtisası üzrə bitirib. Əsərləri müxtəlif festivallarda nümayiş edilib.

 

Azərbaycan TurizmMenecment Universitetinin rektoru İlham Mədətov çıxış edərək rəssamı ilk fərdi sərgisi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Yazıçı-publisist Sevinc Nuruqızı və digər çıxış edənlər sərgi ilə bağlı təəssüratlarını bölüşüb, gənc rəssamın yaradıcılıq məziyyətləri barədə fikir və mülahizələrini bildiriblər.

 

Sonda M.Ələkbər çıxış edərək tədbir iştirakçılarına təşəkkür edib.

 

 

Mədəniyyət.- 2020.- 6 mart.- S.5.