Akademik Musiqili Teatrın könüllülər qrupu yaradılıb

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı incəsənətə, teatra marağı olan gənc könüllüləri öz ətrafına toplayır.

 

Bu məqsədlə keçirilən və müxtəlif ali məktəb tələbələrinin qatıldığı görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev təşəbbüsün məqsədi barədə məlumat verib.

 

Sonra o, yeni yaradılan “Akademik Musiqili Teatrın Könüllüləri” qrupuna rəhbərlik edəcək gənc pianoçubir sıra dövlət əhəmiyyətli tədbirlərdə könüllülərin işi üzrə koordinator kimi təcrübə qazanmış teatrın əməkdaşı Alüdə Şəkərovanı iştirakçılara təqdim edib. A.Şəkərova “Akademik Musiqili Teatrın Könüllüləri” ideyasının reallaşmasına görə teatr rəhbərliyinə təşəkkür edib.

 

Direktor onu da qeyd edib ki, “2020-ci ilin “Könüllülər ilielan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Akademik Musiqili Teatr könüllü gənclərlə birgə müxtəlif layihələr həyata keçirməyi düşünür. Proqram çərçivəsində tələbələr 3 ay müddətində müxtəlif treninqlərə qatılacaq və teatrın fəaliyyəti ilə daha yaxından tanış olacaqlar. Aktyorluq qabiliyyəti olan gənclərlə birgə tamaşa hazırlanacaq və mövsümün yekununda hər bir könüllüyə teatr sahəsində təcrübə keçmələri ilə bağlı sertifikatlar veriləcək. “Teatrkönüllülük – hər ikisi yüksək dəyərlərdir. Akademik Musiqili Teatr hər zaman belə gənclərə arzularını reallaşdırmaqda dəstək olmağa hazırdır”, – deyə Ə.Lalayev vurğulayıb.

 

Mədəniyyət.- 2020.- 6 mart.- S.5.