“Azərbaycan teatrı bu gün

 

 

Azərbaycan Respublikası PrezidentininMilli Teatr Gününün təsis edilməsi haqqında müvafiq sərəncamına uyğun olaraq hər il martın 10-u respublikamızda Milli Teatr Günü kimi qeyd olunur. Bu münasibətlə Milli Kitabxanada “Azərbaycan teatrı bu gün” başlığı altında kitab sərgisi açılıb.

 

Sərgidə Azərbaycan teatr sənəti, teatr tarixi, ölkəmizin teatr səhnəsinin məşhur simaları haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş ədəbiyyat nümayiş olunur.

 

Mədəniyyət.- 2020.- 11 mart.- S.3.