Ömrün kamillik zirvəsində

 

Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru, respublikanın Əməkdar artisti Adil Ağakərim oğlu Zeynalov yaradıcılığının yetkinlik dövrünü yaşayan, yaratmaq eşqi tükənib-bitməyən sənətkarlarımızdandır. Zəmanəmizin görkəmli sənətkarı, Xalq artisti Yaşar Nurinin yetirməsi olan Adil Zeynalov müəllimindən aldığı yaradıcılıq estafetini layiqincə davam etdirərək teatr sənətində həm aktyor, həm də rejissor kimi öz sözünü demiş, tanınmışdır.

 

Adil Ağakərim oğlu Zeynalov 1960-cı il fevralın 20-də Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəb illərindən səhnə sənətinə marağı onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) gətirib çıxarmışdır. Birinci il müsabiqədən keçməsə də, bu Adili həvəsdən salmamış, 1977-ci ildə Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti kimi əmək fəaliyyətinə başlamışdır.

 

Növbəti il yenidən bilik və bacarığını sınamağa qərar verərək sənədlərini ADMİU-ya təqdim etmişmusiqili komediya aktyorluğu şöbəsinə qəbul olunmuşdur.

 

Ali məktəb illərində sənət müəllimi, Xalq artisti Yaşar Nuridən və vokal müəllimi, Əməkdar artist Tatyana Bədirovadan aldığı dərslər bütün fəaliyyəti dövründə onun ömür yolunda şölə saçmış, aktyor kimi yetişməsində mühüm rol oynamışdır. Hərdən söz düşərkən Adil müəllimlərini dönə-dönə hörmətlə yada salaraq bir aktyor kimi, xüsusən komik ampluada, formalaşmasında Yaşar Nurinin zəhmətinin hədsiz olduğunu etiraf edir, əldə etdiyi bilik və bacarığına görə bu böyük sənətkara minnətdar olduğunu bildirir.

 

Ali təhsilini başa vuran Adil həqiqi hərbi xidmətə çağırılmış, 1983-cü ildə təyinatla doğma kollektivə – Lənkəran Dövlət Dram Teatrına qayıtmışdır.

 

Teatrda gənc aktyorun ilk rolu Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasında Lal obrazı olmuşdur. Bu rolun səhnədə bircə kəlmə də sözünün və qabarıq imkanlarının olmamasına baxmayaraq, Adil məharətli ifa tərzi ilə ilk səhnələrdən tamaşaçıların nəzər-diqqətini cəlb etmişdir. Sonrakı dövrlərdə onun səhnədə yaratdığı obrazlar – Ü.Hacıbəylinin “Olanlardan-keçənlərdən” tamaşasında Hakim, Müəllim və Òələbə, Ə.Nesinin “İntihar”ında Emin Əfəndi, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”ında Hacı Səməd ağa, “Ağa Məhəmməd şah Qacarda Cəfərqulu xan, M.F.Axundzadənin “Molla İbrahimõəlil kimyagər” komediyasında Molla İbrahim, H.Mirələmovun “Pənah xan Cavanşir” dramında Nadir şah, SofoklunÇar Edip” faciəsində Korifeyonlarla digər rollar Adil Zeynalovun kamil bir aktyor səviyyəsinə qalxmasına zəmin olmuşdur.

 

Yadımdadır, 1990-92-ci illərdə, respublikanın digər sənət ocaqları kimi, Lənkəran teatrı da ölkədəki sosial-iqtisadisiyasi sistemin bərbad vəziyyətə düşməsi səbəbindən az qala dağılmaq təhlükəsi qarşısında qalmışdı. Aktyorların əksəriyyəti yerini tərk edib getsələr də, Adil Zeynalov az sayda həmkarları ilə birlikdə mövcud çətinliklərə sinə gərərək teatrın fəaliyyətinin dayanmasına imkan vermədilər. Bu müddətdə ailələrini dolandırmaq üçün hətta fəhləlik etməkdən belə çəkinmirdilər.

 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra incəsənət, o cümlədən teatr sahəsində də mühüm dəyişikliklər baş verdi, teatrlara tədricən dövlət qayğısı artdı. Bu dövrdə aktyor Adil Zeynalov həm də rejissor kimi çalışmağa başlamışdı. Onun  quruluş verdiyi tamaşalar təkcə sənətsevərlərin deyil, teatr mütəxəssislərinin də diqqətini çəkmişdi. Çox keçmədi ki, teatrın rəhbərliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin müvafiq razılığından sonra A.Zeynalov quruluşçu rejissor ştatına daxil edildi.

 

Tamaşalarda oynamaqla yanaşı, indi o, müxtəlif səpkili əsərlərə quruluş verirdi.  H.CavidinAna”, Y.Əzimzadənin “Nəsrəddin”, L.Korsinskinin “Kələkbaz”, Ə.Səmədlinin “Dəyirman əhvalatı”, B.NuşiçinNazirin õanımı”, M.İbrahimbəyovun “Kərgədan buynuzu”, Elçinin “Dəliõanadan dəli qaçıb”, “Cəhənnəm yuxuları”, V.Səmədoğlunun “Mamoy kişinin yuõuları”, İ.Əfəndiyevin “Qəribə oğlan”, A.ŞaiqinQoç Polad”, Əli Əmirlinin “Köhnə ev”, Hafiz Mirzənin “Moskvalı gəlin” – ümumilikdə isə 50-dək pyes A.Zeynalovun rejissor süzgəcindən keçmiş, uğurlu səhnə həyatı qazanmışdır. Bu tamaşaların əksəriyyəti bu gün də teatrın repertuarındadır.

 

Adil Zeynalov aktyor kimi kinoda da uğur qazanmış, “Qətl günü”, “Bığ əhvalatı”, “İyirmi ildən sonra”, “Durnalar qayıtdı”, “Qırxıncı qapı”, “Susmuş vicdan” və s. bədii filmlərdə, teleseriallarda maraqlı obrazlar yaratmışdır.

 

Prezident İlham Əliyevin 9 may 2012-ci il tarixli sərəncamı ilə  Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə A.Zeynalov “Əməkdar artist  fəxri adına layiq görülmüşdür.

 

Onun portret cizgilərinə daha nə əlavə etmək olar? O, səmimi, həssas, təmkinli, vətənpərvər insandır. Öz davranışı ilə ətrafındakılara hər zaman inam,  məhəbbət və hörmət hissləri aşılayır.

 

Deyirlər ki, 60 yaş ömrün kamillik dövrüdür. Deməli, Adil hələ  müdriklik zirvəsinə qalxan yolun başlanğıcındadır. Köksü vətən və sənət sevgisi ilə çırpınan dostumuz, inanırıq ki, hələ bundan belə daha neçə-neçə illəri arxada qoyacaq, maraqlı rolları və quruluş verdiyi səhnə əsərləri ilə tamaşaçıların qəlbini fəth edəcəkdir.

 

Ağaddin BABAYEV

Lənkəran Dövlət Dram Teatrının ədəbi-dram hissə rəhbəri

 

 

Mədəniyyət.- 2020.- 11 mart.- S.7.