Qadın şairlərin əlyazmalarından ibarət sərgi

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycanın məşhur qadın şairlərinin əlyazmalarından ibarət sərgi açılıb.

 

İnstitutun direktoru, akademik Teymur Kərimli sərginin açılışında çıxış edib. O, sərginin təşkilinə görə institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirib.

 

Sərgidə Əlyazmalar İnstitutunda, eləcə də ölkəmizin digər müəssisələrinin arxivlərində mühafizə olunan on qadın şairin əlyazmaları və arxiv fotoları nümayiş olunur.

 

Mədəniyyət.- 2020.- 11 mart.- S.4.