Baxın yaradıcılığından ibarət konsert keçirilib

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayon Xəlfəli kənd Uşaq musiqi məktəbində “Dahi alman bəstəkarı İ.S.Baxın yaradıcılığı” mövzusunda mühazirə-konsert keçirilib.

 

Əvvəlcə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Sonra məktəbin şagirdləri Nigar Paşazadə, Nuray Məmişova, Tamella Güləliyeva, Zəhra Qafarova, Fatimə İsmayıllı, Fidan Paşayevanın ifasında bəstəkarın 2 və 3 səsli invensiyaları, prelüdiya və fuqaları səslənib.

 

Mədəniyyət.- 2020.- 11 mart.- S.5.