Niderlandda Azərbaycan musiqisindən ibarət konsert təşkil olunub

 

 

Xarici ölkələrdəki diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünyada yayılması mədəniyyətimizin təbliğinə xüsusi diqqət ayırırlar. Niderland Krallığında fəaliyyət göstərənOdlar yurduAzərbaycan-Niderland cəmiyyəti bu istiqamətdə müxtəlif tədbirlər təşkil edir.

 

Baharın gəlişi münasibətilə cəmiyyətin təşkil etdiyi növbəti konsert Drenthe vilayətinin Assen şəhərində reallaşıb.

 

KonsertOdlar yurducəmiyyətinin sədri Firəngiz Bağırova Klankrjk Drenthe musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri Klankrjk Drenthe musiqi məktəbinin şagirdləri tərəfindən ifa edilib.

 

Sonda Azərbaycan musiqisinə göstərdikləri maraq və təqdimata görə musiqi məktəbinin müəllim və şagirdlərinə sertifikatlar verilib.

 

Mədəniyyət.- 2020.- 13 mart.- S.8.