“Ağıldan bəla” – onlayn premyera

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Aleksandr Qriboyedovun eyniadlı əsəri əsasında hazırlanmış “Ağıldan bəla” tamaşasının onlayn premyerası olub.

 

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı isə muxtar respublikanın Əməkdar artisti Səməd Əsgərovdur.

 

Rolları Azərbaycanın əməkdar artistləri Bəhruz Haqverdiyev, Nazlı Hüseynquliyeva, Naxçıvan MR-in Əməkdar artisti Günay Qurbanova, həmçinin Zakir Fətəliyev, Mirsaleh Seyidov, Nəsimi Məmmədzadə və başqaları ifa ediblər.

 

Mədəniyyət.- 2020.- 8 may.- S.4.