Esseşeir qiraəti müsabiqəsi

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası karantin dövründə vaxtını səmərəli keçirmək, yaradıcılığına təkan vermək və hədiyyə qazanmaq istəyən sosial şəbəkə izləyicilərini müsabiqəyə qoşulmağa dəvət edir.

 

Kitabxana ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili münasibətilə 16-35 yaş arası gənclər arasında “Heydər Əliyev mənim qəhrəmanımdır” mövzusunda esse və şeir qiraəti müsabiqəsi elan edib.

 

Müsabiqədə iştirak etmək istəyənlər 10 may tarixinədək hazırladıqları esselərin mətnini və ya Heydər Əliyev haqqında yazılmış şeirlərdən birinin səsləndirilmiş videoyazısını (şeir müsabiqə iştirakçısı tərəfindən səsləndirilməlidir) kitabxananın e-mail ünvanına (ryl.az@mail.ru) təqdim etməlidir. Təqdim olunan esseşeir qiraət videoları kitabxananın “İnstagram” və “Facebook” səhifələrində yerləşdiriləcək. Onlayn səs çoxluğu əsasında (bəyənmə sayı) iki nəfər qalib seçiləcək və kitabxana tərəfindən mükafatlandırılacaq.

 

Mədəniyyət.- 2020.- 8 may.- S.5.