Mədəni irslə bağlı maarifləndirici seminarlar

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə maarifləndirici onlayn seminarlar davam edir.

 

Mayın 7-də Mədəni irsin öyrənilməsi ədəbi təhlillər kontekstində mövzusunda seminar keçirilib. Seminarda Haqq aşiqi Nəsimi, Azərbaycanda xəlvətilik, Nizami Gəncəvi və ədəbi təhlillər, Tarixi abidələrimiz, mədəni mirasımız kimi maraqlı mövzular müzakirə olunub.

 

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Gülnarə İsmayılovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Səadət Şıxıyeva, Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlilli məruzələrlə çıxış ediblər.

 

İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

Mədəniyyət.- 2020.- 8 may.- S.2.