Məktəblilərin əl işlərinin virtual sərgisi

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəblilərin əl işlərindən ibarət virtual sərgi keçirilir.

 

Hər il BŞTİ tərəfindən təşkil edilən ənənəvi sərginin bu il pandemiya karantin vəziyyəti nəzərə alınaraq, virtual keçirilməsi qərara alınıb. İştirak etmək istəyən şagirdlərin əl işləri məktəb direktorları tərəfindən mk@baku.edu.gov.az elektron poçt ünvanına göndərilə bilər.

 

Əl işləri idarənin saytı sosial şəbəkə səhifələri vasitəsilə sərgilənir. Sərgidə şagirdlərin təsviri sənət, dekorativ-tətbiqi sənət, floristika, elmi-texniki dizayn sahələrindən ibarət əl işləri nümayiş olunur.

 

 

Mədəniyyət.- 2020.- 8 may.- S.5.