Onlayn festival-müsabiqənin gedişi müzakirə olunub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 9 May Qələbə Gününə həsr olunmuş Qələbəyə doğru! onlayn festival-müsabiqənin təşkilat komitəsinin üzvləri ilə videokonfrans keçirib.

 

Videokonfransda diqqətə çatdırılıb ki, festival-müsabiqəyə paytaxtın musiqi incəsənət məktəblərindən 237 videoçarx təqdim olunub. Videoçarxlar baş idarənin baku-art.az rəsmi internet səhifəsində yerləşdirilib. Videokonfransda Qələbəyə doğru! onlayn festival-müsabiqəsinin reqlamenti ilə bağlı texniki məsələlər müzakirələr olunub.

 

Xatırladaq ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin faşizm üzərində qələbənin 75 illiyi münasibətilə elan etdiyi festival-müsabiqənin məqsədi sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, istedadlı uşaq gənclərin böyük səhnəyə çıxarılması, onların dəstəklənməsi yaradıcılıq potensiallarının yüksəldilməsidir.

 

Bir turdan ibarət festival-müsabiqə fortepiano, xalq çalğı, simli, nəfəs alətləri, xanəndə, vokal, estrada oxuma rəsm ixtisaslarında 3 yaş qrupu üzrə (I qrup 8-11 yaş, II qrup 12-14 yaş, III qrup 15-17 yaş) keçirilir.

 

Müsabiqəyə hər iştirakçı ifa müddəti 5 dəqiqəyə qədər olan bir əsərlə qatılıb. Müsabiqə zamanı konsertmeyster çətinliyi nəzərə alınıb. İfalar peşəkar münsiflər heyəti tərəfindən 10 ballı sistem ilə qiymətləndiriləcək. Yerlər mükafatlar münsiflər heyətinin qərarı ilə müəyyən edilir. Münsiflər heyətinin qərarına əsasən, hər nominasiya üzrə I, II, III yerlərə layiq görülmüş iştirakçılar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təsis etdiyi müvafiq diplomlarla təltif olunacaq.

 

I yer 1 nəfər (hər qrup hər nominasiya üzrə).

 

II yer 2 nəfər (hər qrup hər nominasiya üzrə).

 

III yer 3 nəfər (hər qrup hər nominasiya üzrə).

 

Müsabiqədə Tamaşaçı rəğbətini qazanan iştirakçının seçilməsi də nəzərdə tutulub. Xüsusi fərqlənən iştirakçılar fəxri fərmanlarla təltif ediləcəklər. Tamaşaçılar müsabiqəyə təqdim olunan əsərləri baş idarənin internet səhifəsində izləyib bəyəndikləri iştirakçıya səs verə bilərlər. Səsvermə mayın 9-na keçən gecə bitəcək.

 

Mədəniyyət.- 2020.- 8 may.- S.7.