“Sən elə bir zirvəsən ki...”

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 10-15 yaşlı məktəblilər arasında “Sən elə bir zirvəsən ki...” adlı onlayn esse müsabiqəsi keçirir.

 

Müsabiqədə iştirak etmək istəyən məktəblilər yazdıqları esseləri mayın 10-dək Respublika Uşaq Kitabxanasının elektron poçt ünvanına (info@clb.az, ushaqkitabxanasi@gmail.com) təqdim edə bilərlər.

 

Müsabiqənin təşkilində əsas məqsəd Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının geniş təbliğ olunaraq gələcək nəsillərə çatdırılması, həmçinin uşaqlarda yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, istedadlı məktəblilərin fikir ifadə etmək, yazmaqanlatmaq bacarıqlarının təşviq olunmasıdır.

 

Məktəblilər tərəfindən təqdim olunmuş esselər kitabxananın “Facebook” səhifəsində paylaşılacaq. Qalib onlayn səs çoxluğu əsasında (ən çox bəyənilmiş esse) müəyyən olunacaq. Nəticə mayın 11-də açıqlanacaq.

 

Mədəniyyət.- 2020.- 8 may.- S.5.