Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn sərgi

 

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn sərgi keçiriləcək.

 

Sərgidə Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri, ümummilli liderin incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar, ulu öndərin rəssamlar tərəfindən müxtəlif texnikaüslubda işlənmiş portretləri sərgilənəcək.

 

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

 

Mədəniyyət.- 2020.- 8 may.- S.1.