Arxeoloji tədqiqatlarla bağlı toplunun onlayn təqdimatı

 

İtaliyanın Florensiya şəhərində 2018-ci ildə keçirilmiş Kurqanların qurulması: Qafqaz, Şimal-Qərbi İran və Şərqi Anadoluda kurqanlar və dəfn adətləri adlı beynəlxalq elmi konfransın materialları əsasında hazırlanan toplunun onlayn təqdimatı keçirilib.

 

AMEA-dan bildirilib ki, tədbir İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin, eləcə də Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

 

ABŞ, Türkiyə, Almaniya, İtaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstanİran arxeoloqlarının iştirak etdiyi videotəqdimata AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənov da qatılıb.

 

Əvvəlcə İtaliyanın Katanya Universitetinin professoru Nikola Laneri və Fransanın Nitsa Sofia Antipolis Universitetinin professoru Culio Palumbi giriş sözü söyləyiblər. Nyu-York Universitetinin (ABŞ) professoru Karen Rubinson təqdimatı keçirilən kitab haqqında məlumat verib və gələcəkdə nəzərdə tutulan tədqiqatlardan danışıb.

 

Z.Həsənov Xocalı və Mingəçevir kurqanlarının dəfn adətləri: onların Mərkəzi AsiyaŞimali Qara dəniz İskit-Saka kurqanları ilə bağlılığı mövzusunda məruzə ilə çıxış edib.

 

Qeyd edək ki, nəşrdə ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Bəxtiyar Cəlilov, Zaur Həsənov və Müzəffər Hüseynovun məqalələri yer alıb.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.7.