Böyük Vətən müharibəsində Azərbaycan səhifəsi”

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının karantin rejimində həyata keçirdiyi daha bir virtual layihə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunub. Bu müharibənin dörd ili Azərbaycanın da tarixinə Böyük Vətən müharibəsi (1941-1945) kimi düşüb.

 

Böyük Vətən müharibəsində Azərbaycan səhifəsi” aksiyasının əsas məqsədi gənc nəslə bu tarix və Azərbaycan xalqının həmin müharibədə iştirakı və qazanılan qələbədə rolu haqqında məlumat verməkdir. Kitabxananın əməkdaşları bu geniş mövzunu müxtəlif bölmələrə ayıraraq materiallar toplayıblar. Tarix”, “İqtisadiyyat”, “Bakı nefti”, “Azərbaycanlı partizanlar”, “Qəhrəman Azərbaycan qadınları”, “Böyük Vətən müharibəsi və Azərbaycan kinosu”, “Böyük Vətən müharibəsi və Azərbaycan musiqisi”,  Böyük Vətən müharibəsi mövzusu Azərbaycan dramaturgiyasında” və s. kimi bölmələr üzrə materiallar videoçarxlarvirtual sərgilər vasitəsilə nümayiş etdirilir.

 

Kitabxana əməkdaşları layihə çərçivəsində Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov, Bakı nefti,  Azərbaycan təyyarəçiləri, milli diviziyalars. haqqında videoçarxlar hazırlayıblar.

 

 

Mədəniyyət.- 2020.- 6 may.- S.5.