Qadınlar güllər virtual sərgisi

Azərbaycan Dövlət Rəsm Qalereyası da karantin günlərində sosial şəbəkə hesabından maraqlı paylaşımlarını davam etdirir.

 

Qalereyanın Evdə qal - qalib gəl! layihəsi çərçivəsində mayın 5-də Qadınlar güllər adlı virtual sərgi keçirilib. Sərgidə qalereyanın kolleksiyasından Azərbaycan rəssamlıq sənətində silinməz izlər qoyan Toğrul Nərimanbəyov, Güllü Mustafayeva, Xalidə Səfərova, Tələt Şıxəliyev, Altay Sadıqzadə, Qafar Seyfullayev, Mirnadir Zeynalov, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov başqalarının müxtəlif üslub texnikalarda işlədiyi natürmort portret janrında əsərləri onlayn nümayiş olunub.

 

Qalereyanın Facebook səhifəsində qurumun əməkdaşı Ziyarət Cabbarovanın Epidemiya dövrlərində ərsəyə gələn əsərlər adlı məqaləsi yayımlanıb.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.3.