“Şanlı zəfər tariximiz

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunan “Şanlı zəfər tariximiz” adlı metodiki vəsaiti virtual rejimdə təqdim edib.

 

Kitabxanadan  bildirilib ki, 75 il öncə əldə olunan bu tarixi qələbə naminə Azərbaycanın da on minlərlə övladı silaha sarılaraq vuruşmuş, böyük rəşadət göstərmişlər.

 

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Şanlı zəfər tariximiz” adlı metodiki vəsaitdə (http://anl.az/down/Qelebe-75.pdf)  Böyük Vətən müharibəsi cəbhələrində vətən övladlarının göstərdiyi qəhrəmanlıqlar haqqında məlumat və kitabxanalarda qələbənin 75-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsinə dair metodiki tövsiyələr verilib.

 

Əlavələr bölməsində isə tarixi qələbəyə öz şücaətləri ilə böyük töhfələr verən və “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülən Azərbaycanın cəsur övladlarının siyahısı təqdim olunub.

 

 

Mədəniyyət.- 2020.- 6 may.- S.7.