Seyid Əzim özbək dilində

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə klassik  Azərbaycan şairi, maarifçi Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibətilə Vikipediya beynəlxalq elektron ensiklopediyasında özbək dilində bölmə yaradılıb.

 

Bölmədə böyük şairin həyatı, yaradıcılığı, maarifçilik fəaliyyəti, ayrı-ayrı şeirləri haqqında məlumatlar yer alıb. Həmçinin maraqlı faktlar, ədib haqqında deyilən fikirlər diqqətə çatdırılır.

 

Qeyd edək ki, XIX əsr Azərbaycan ədəbiyyatında qəzəl ustadı kimi məşhurlaşan Seyid Əzim Şirvaninin yaradıcılığında əxlaqi-tərbiyəvi əsərlər mühüm yer tutur, onun elm, maarif, mədəniyyət, mətbuat, mütaliə, tərbiyə mövzularında yazdığı şeirlər didaktik poeziyanın ən gözəl nümunələrindən sayılır.

 

Vikipediyada Seyid Əzim Şirvani haqqında özbək dilində yaradılan bölmə ilə bu linkdə tanış olmaq mümkündür: https://uz.wikipedia.org/wiki/Said_Azim_Shirvoniy

 

 

Mədəniyyət.- 2020.- 6 may.- S.8.