Viktor Belyayev Azərbaycan musiqişünaslığı

 

 

Növbəti onlayn seminar keçirilib

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyasının  musiqi sənətinin müxtəlif problemlərinə həsr olunan distant elmi seminarları davam edir.

 

Növbəti onlayn seminarda əməkdaşlarla yanaşı, BMA-nın elm yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, professor Arif Əsədullayev, kafedraların müəllimləri, doktorantlar iştirak ediblər.

 

Budəfəki seminar görkəmli musiqişünas-alim, sənətşünaslıq doktoru, Moskva Dövlət Konservatoriyasının professoru Viktor Belyayevin Azərbaycan musiqinə dair tədqiqatlarına həsr olunub.

 

Seminar çərçivəsində aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin “Viktor Belyayev Azərbaycan musiqişünaslığımövzusunda məruzəsi dinlənilib.

 

Seminar müzakirələrlə davam edib, maraq doğuran suallar ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.6.