Ulu öndərin anadan olmasının 97-ci ildönümü ilə bağlı elektron toplu

 

 

Milli Kitabxana tərəfindən hazırlanmış növbəti elektron məlumat bazası ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevə həsr edilib.

 

Elektron məlumat bazası rəsmi sənədlər, Heydər Əliyevin nitqləri, haqqında yazılan kitablar, mədəniyyətimizin inkişafının Heydər Əliyev mərhələsi, fotoqalereya, videoqalereyas. bölmələrdən ibarətdir. Məlumat bazasında böyük dövlət xadiminin həyat və fəaliyyətinin əsas tarixləri, müdrik kəlamları, çıxışları, mədəniyyətlə bağlı fərman və sərəncamları, Milli Kitabxanada keçirilən tədbirlərdə iştirakına dair materiallar, təltifləri və digər sənədlər də təqdim edilir.

 

Elektron topluda Azərbaycanın elmictimai-siyasi xadimlərinin, dünyanın tanınmış dövlət xadimlərinin ulu öndər haqqında fikirləri, mülahizələri də əksini tapıb. “Heydər Əliyev dünya kitabxanalarında” bölməsində müxtəlif ölkələrin milli kitabxanaları və aparıcı universitet kitabxanaları əhatə olunub.

 

Elektron məlumat bazası ilə bu linkə daxil olaraq tanış olmaq mümkündür: http://anl.az/el/emb/H.Aliyev/index.html

 

Mədəniyyət.-2020.- 13 may.- S.4.