Zirvədən zirvəyə və əbədiyyətə

Mayın 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə gənclər təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Zirvədən zirvəyə və əbədiyyətə adlı onlayn elmi-praktik konfrans keçirilib.

 

Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva konfransda Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətdən, milli ideologiyanın formalaşması istiqamətində gördüyü işlərdən bəhs edib.

 

Sonra tələbələrin məruzələri dinlənilib. Məruzələrdə ulu öndərin gənclər və mədəniyyət siyasəti haqqında danışılıb, onun milli-mənəvi dəyərlərimizə qayğısından söz açılıb.

 

Konfransda qeyd olunub ki, bu gün Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Tələbələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsində gördüyü işlərdən, ölkədə gənclər üçün yaradılan imkanlardan danışıblar.

 

 

Mədəniyyət.-2020.- 13 may.- S.4.