ADMİU tələbələrindən Moskvaya musiqili təbrik

 

Faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÂÃÈÊ) təbrik göndəriblər.

 

ADMİU-nun Estrada sənəti kafedrasının təşkilatçılığı ilə Musiqi sənəti fakültəsinin tələbələri Lamiyə İsmayılova “Juravli” (“Durnalar”), Valeriya Hüseynzadə “Siniy platoçek” (“Göy dəsmal”), Aydın VerdiyevKatyuşa” (“Katyuşa”), Tural Xəlilzadə “Tyomnaya noç” (“Zülmət gecə”), Mövsüm Salamzadə “Pervım delom samolyotı” (“İlk növbədə təyyarələr”) mahnılarını ifa ediblər. Mahnılar S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun veb-saytında (https://vgik.info/sng.php) və sosial hesablarında paylaşılıb.

 

Yüz yaşlı incəsənət institutunu təbrikə ADMİU ilə yanaşı, Belarus Dövlət İncəsənət İnstitutu, Serbiyanın Belqrad İncəsənət İnstitutu, T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun tələbələri də qoşulublar.

 

 

Mədəniyyət.-2020.- 13 may.- S.6.