Onlayn rəsm yarışmasının qalibləri müəyyən olunub

 

Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən Azərbaycanın xilaskarı adlı rəsm müsabiqəsinin qalibləri elan olunub. Müsabiqə koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.

 

Qəbul olunmuş işlər mərkəzin rəsmi Facebook səhifəsində izləyicilər tərəfindən onlayn səsvermə ilə, həmçinin münsiflər Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, layihənin təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar tərəfindən seçilib.

 

Müşfiq Fərzəliyev (Ulu öndərimiz) 1-ci, İntiqam Cəfərov (Sülhün elçisi) 2-ci, Səmayə Rzayeva (İmzamızı imzalar içində tanıdan dahi şəxsiyyət) və Sevinc Hacıyeva (Dahi şəxsiyyət) 3-cü yerə layiq görülüblər. Daha bir qrup iştirakçı təşəkkürnamə ilə təltif olunub.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.4.